Bakının mərkəzindən Binəqədi qəsəbəsi istiqamətində, eləcə də əks istiqamətdə avtomobillərin hərəkətində böyük tıxac yaranıb. Modern.az saytı xəbər verir ki, bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Bununla yanaşı, hazırda Tiflis prospektində, Koroğlu Rəhimov, Əhmədbəy ağa oğlu, Bakıxanov, Cəfər Cabbarlı, Zivərbəy Əhmədbəyov küçələrində və Ziya Bünyadov küçəsindən metronun Koroğlu stansiyası istiqamətində sıxlıq müşahidə edilir.
Modern.az