Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Aktual

27 Oktyabr 2016, 12:45

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-8° isti, gündüz 10-13° isti olacağı gözlənilir. Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında səhər bəzi yerlərdə duman, çiskinli olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi