Modern.az

Avtomobil kanala aşıb: iki ölü

Avtomobil kanala aşıb: iki ölü

Aktual

27 Oktyabr 2016, 22:41

Sabirabadda avtomobilin kanala aşmasl iki nəfərin həyatına son qoyub. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə bu gün Sabirabad rayonun Yastıqobu kəndində qeydə alınıb. Füzuli rayonunun Ayıbasanlı kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Zaur Xaləddin oğlunun idarə etdiyi “Niva” markalı, 99 BU 480 dövlət nömrə nişanlı avtomobil Sabir kanalına düşüb. Nəticədə avtomobilin sürücüsü və Sabirabad rayonunun Bulaqlı kənd sakini, 1993-cü il təvəllüdlü Tağıyev Samir Akif oğlu suda boğularaq ölüb. Avtomobildə olan digər iki nəfər xilas olub.

 

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…