Modern.az

Trampın Obama ilə görüşü: Bədən dili ekspertindən maraqlı İZAH

Trampın Obama ilə görüşü: Bədən dili ekspertindən maraqlı İZAH

Dünya

12 Noyabr 2016, 17:54

ABŞ-ın yeni prezidenti Donald Trampın sələfi Barak Obama ilə görüşündə liderlərin hərəkətləri diqqət çəkib.

Modern.az-ın xarici KİV-ə istinadən xəbərinə görə bədən dili eksperti Patti Vud deyib ki, Obamanın ayaqlarını rahat şəkildə bir-birindən geniş tutması maraqlı məqamdır.

Ekspert bildirib ki, prezident  Obama bununla şüuraltı olaraq Trampla müqayisədə“mən hələ də üstünəm” mesajını verib.

Donald Trampın isə əlini bir-birinə sıxaraq oturması onun hələ də çəkingənliyini, qorxusunu göstərir.

“Obama son dərəcə yorğundur, sanki istefa verib və ümidli deyil, lakin hələ də prezidentdir. Tramp isə ciddi görsənir . Onda, sanki özü haqqında qorxulu bir məlumat eşidmiş kimi əlamətlər görünürdü”-deyə o bildirib.

 

Aqşin KƏRİMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!