Modern.az

Azərbaycandakı məhkəmə hakimlərinin sayı AÇIQLANDI

Azərbaycandakı məhkəmə hakimlərinin sayı AÇIQLANDI

Aktual

16 Noyabr 2016, 12:31

“Bu gün məhkəmələrdə hakimlərin ştat sayı qaneedici deyil. 2005-ci ildə hakimlərin ştat sayı 300 idisə, bu gün onların sayı 600 təşkil edir. Məhkəmə aparatı işçilərinin sayı da 2005-ci illə müqayisədə 75 faiz artırılıb”.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Məhkəmə-Hüquq Şurasının aparat rəhbəri Cavid Hüseynov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında məlumat verib.

Aparat rəhbəri parlamentdə “Məhkəmə-Hüquq Şurası haqqında” və “Məhkəmələr və hakimlər haqqında” qanunlara təklif olunan dəyişiklərin müzakirəsi zamanı gənc hakimlərin son sayını da açıqlayıb:

 

“Son statistikaya görə, 307 nəfər gənc hakim vəzifəsinə təyinatı olub. Bakıda bugünkü hakim korpusunun 90 faizi yeni təyinatların payına düşür. Gələn ilin yanvarın 1-dən yeni hakimlərlə bağlı tədris buraxılacaq. Bununla da gələn ilin sonu üçün 100-dən çox hakimliyə namizədi işə təyin etməyi planlaşdırırıq.

 

Bu da məhkəmələrdəki hakimlərin iş yükünün azaldılmasına şərait yaradacaq. Hakimlərin ştat sayının artırılması ilə iş yükünün azaldılması nail olmaq çətindir. 2000-ci ildə məhkəmələrdə iş yükü təxminən 21 min mülki işdən ibarət idisə, bu gün iş yükü 330 min təşkil edir. Yəni iş yükü 15 dəfədən çox artıb. Hər il hakim sayını 30-40 faiz arasında artım tendensiyası görünür”.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!