Modern.az

500 zəvvarın problemi həll olunub

500 zəvvarın problemi həll olunub

Aktual

22 Noyabr 2016, 20:39

Kərbaladan qayıdarkən İraq-İran sərhəddində saxlanılan azərbaycanlı zəvvarları daşıyan avtobusların problemi həll olunub. Modern.az saytı xəbər verir ki, bu barədə  APA- ya zəvvarlardan Mirələm Həşimov məlumat verib.

 

O bildirib ki, məsələyə İranın Azərbaycandakı səfirliyi müdaxilə edib və sənədlər qaydasına salınıb. Hazırda bir neçə avtobus İranın Mehran sərhəd-keçid məntəqəsindən buraxılıb.

 

Digərləri də tez bir zamanda buraxılması gözlənilir.

Qeyd edək ki, həmin zəvvarlar  16 saat İran ərazisində qaldıqlarını bildirirdilər. Zəvvarların sözlərinə görə, 500-ə yaxın azərbaycanlı zəvvar sərhəd məntəqəsində gözləyirdi.

 

 Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı