Modern.az

XİN: “Ramil Səfərov Azərbaycana ekstradisiya edilə bilər”

XİN: “Ramil Səfərov Azərbaycana ekstradisiya edilə bilər”

4 Mart 2011, 12:19

Xələf Xələfov: “Məsələyə Avropa Şurasının Konvensiyası çərçivəsində baxıla bilər”

Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş Azərbaycan ordusunun zabiti Ramil Səfərov ölkəmizə ekstradisiya edilə bilər. Bu barədə Macarıstandan qayıdan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə bildirib.

“Ümid edirəm ki, bu məsələyə Azərbaycanın və Macarıstanın üzv olduğu Avropa Şurasının Konvensiyası çərçivəsində baxıla bilər”-deyə nazir müavini bildirib. Onun sözlərinə görə,  məsələ qaldırılacağı təqdirdə Macarıstan hökümətində ona baxması mümkündür.

Modern.az-ın məlumatına görə, 2004-cü ildə Macarıstanın paytaxtı Budapeştdə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kurs keçən zabitimiz fevralın 19-da eyni kursun müdavimi erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını  təhqir elədiyinə görə öldürüb. Budapeşt Məhkəməsinin qərarı ilə Ramil Səfərov ömürlük azadlıqdan məhrum edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?