Modern.az

 “Təhlükəsizlik kəməri sizi həyata bağlayır” adlı layihə sona çatdı - FOTO

 “Təhlükəsizlik kəməri sizi həyata bağlayır” adlı layihə sona çatdı - FOTO

Aktual

5 Dekabr 2016, 16:32

“Hed Academy Azerbaijan”, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ) və “Park bulvar” AVM-in  birgə təşkilatçılığı ilə Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə həsr olunan layihə sona çatıb.

 

Tədbirdə Azərbaycanda ilk dəfə “Hed Academi Azerbaijan”a məxsus “Aşma əleyhinə simulyator” geniş ictimaiyyətin istifadəsinə təqdim olunub.  

 

Modern.az xəbər verir ki, dekabrın 3,4 və 5-də Park Bulvar AVM-də baş tutan tədbirdə 300 nəfərdən çox adam “Aşma” simulyatorundan istifadə edərək, avtomobilin aşma anının simulyasiya edib. Qəza anında kəmərin sürücünü necə qoruduğunun əyani şahidi olub.  3 gün ərzində aşma simulyatoruna əyləşən hər bir şəxs həm də müsabiqədə iştirak etmək şansı qazanıb. Suallara doğru cavab verən şəxslərə "Hed Academi Azerbaijan", "Park Bulvar" AVM tərəfindən hədiyyələr təqdim olunub.

Tədbirdə Milli Məclisin deputatları Rövşən Rzayev, Mahir Abbaszadə, Rafael Cəbrayılov, Şahin İsmayılov, tanınmış ekspertlər iştirak edib.

Tədbirdə çıxış edən BŞDYPİ--nin bölmə rəisi   Vaqif Əsədov bildirib ki, “təhlükəsizlik kəməri bizi həyata bağlayır adlı layihə” 3 gündür davam edir.  Onun sözlərinə görə, DYP yol hərəkəti təhlükəsizliyi ilə bağlı istənilən tədbirə dəstək verməyə hazırdır.

““Hed Azərbaycan”ın tətbiq etdiyi simulyatorun sürücülər üçün əyani vəsaitdir və bu texnika vasitəsilə kəmərin əhəmiyyətini insanlara daha real şəkildə izah etmək olur.  Bu 3 gün ərzində yol hərəkətinin təhlükəsizliyi ilə bağlı müxtəlif suallar hazırlanıb. 300 nəfərdən artıq insanın iştirak etdiyi bu müsabiqədə 3 nəfər qalib seçilib. Həmin qaliblərə 500 manat miqdarında pul mükafatı və Park Bulvar tərəfindən hədiyyə təqdim olunub. Yol nəqliyyat hadisələrinin sayına nəzər saldıqda və qeydə alınan hadisələrdə ağırlıq dərəcəsini nəzərə alsaq, təhlükəsizlik kəmərindən istifadənin vacibliyinə diqqət çəkilməlidir. Bu gün Niva markalı simulyatorda hamı təhlükəsizlik kəmərindən istifadənin mahiyyətini anladı. Etiraf edilməlidir ki,  təhlükəsizlik kəmərindən düzgün istifadə zamanı sürücü və sərnişinin qəzadan salamat çıxmaq ehtimalı böyükdür.

Ötən illərlə müqayisədə təhlükəsizlik kəmərindən istifadə halları xeyli artıb. Ölkə ərzində avtonəqliyyat vasitəsindən istifadə edənlərin 35-37 faizi təhlükəsizlik kəmərindən istifadə edir. Bu o deməkdir ki, tənbeh tədbirlərinin davam etdirilməsi, eyni zamanda təbliğat xarakterli bu kimi tədbirlərin aparılması artıq müsbət nəticələr əldə etməyə imkan verir. Təhlükəsizlik kəmərindən istifadə edilməməsi  qəza zamanı xəsarəti daha da artırır. Təhlükəsizlik kəmərində istifadə edilməməsinə görə ilin əvvəlindən bu günə 40mindən artıq sürücü inzibati məsuliyyətə cəlb edilib. Eyni zamanda ötən il ilə müqayisədə azalma müşahidə olunub.  2015-ci ildə 50mindən artıq təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə inzibati məsuliyyətə cəlb edilib. Bu o deməkdir ki, həm yol polisi tərəfindən keçirilən  tədbirlər, həm də belə bu kimi təbliğat xarakterli tədbirlərin keçirilməsi süücülərin təhlükəsizlik kəmərindən istifadə etməsinə təsir göstərir.  Bəzən sürücülər təhlükəsizlik kəmərindən görüntü üçün istifadə etməyə can atır. Bununla onlar yol polisini deyil, özlərini aldadırlar”.

“Hed Akademy Azerbaijan”ın direktoru Cnkat Hurmoğlu təhlükəsizlik kəmərinin əhəmiyyətindən danışaraq bildirib ki, kəmər qəza anında insana dəyə biləcək qəzaların zədələrin sayını minimuma endirir”.

Qeyd edək ki, “HED Akademi Azerbaijan” 1991- ci ildə Almaniyada C&E adlı şirkət kimi yaradılıb. Şirkət sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyət baxımından yol təhlükəsizliyinə daxil olan bütün mövzularda beynəlxalq sertifikatlı mütəxəssisləri ilə təlim, konsaltinq və təşkilati xidmətlər təklif edir. HED Akademiya 2007-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkət hazırda dünyada 476, Azərbaycanda isə 123 xarici və yerli şirkətlə əməkdaşlıq edir.

 

Qafar Ağayev

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!