Modern.az

 Paytaxtın mərkəzi küçələrindən biri bağlanır

 Paytaxtın mərkəzi küçələrindən biri bağlanır

Aktual

9 Dekabr 2016, 20:29

Sabah saat 22:00-dan səhər saat 5:00-dək Dilarə Əliyeva küçəsinin “Azadlıq” prospekti ilə kəsişməsindən Süleyman Rüstəm küçəsi ilə kəsişməsinədək olan hissədə (Rəşid Behbudov küçəsi istiqamətində) yol bağlanacaq. Modern.az saytı xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Məlumatda bildirilir ki,yolun bağlanmasına səbəb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Dilarə Əliyeva 227 ünvanında yerləşən 2-ci korpusunda aparılan təmir işləridir. Sürücülərdən yolun bağlı olduğu saatlarda alternativ olaraq “28 may” küçəsindən istifadə etmələri xahiş olunur.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü