Modern.az

“Ölkə və dövlət heç kimə verilməyəcək” - Lukaşenko

“Ölkə və dövlət heç kimə verilməyəcək” - Lukaşenko

Dünya

7 Yanvar 2017, 23:54

“Heç kəsə Belarus xalqını və dövlətini aşağılamağa icazə verilməyəcək". Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Dövlət başçısı vurğulayıb ki, ölkə və dövlət heç kimə verilməyəcək. "Siz fəaliyyətimizin əsas düsturunu anlamalısınız: - biz heç kəsə bizim xalqımızı və dövləti alçaltmağa icazə verməyəcəyik. Bu, əsasdır. Əgər kimsə bunu anlamırsa, onunla münasibətlər qurulmayacaq və danışıqlar olmayacaq" – deyə Belarusun dövlət başçısı bildirib.

"Biz heç kəsə bu torpağı və bu dövləti verə bilmərik. O çətin tarixi şəraitdə bizə çatdı. Biz torpağımızı müdafiə edən insanların böyük hissəsini itirdik" – deyə Lukaşenko əlavə edib.

Prezident qeyd edib ki, əsas məsələ sabitliyi təmin etməkdir. "Qalan hər şeyi əldə edəcəyik. Əsas dinclik və əmin-amanlıqdır" – deyə o vurğulayıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!