Modern.az

Diaspor rəhbəri ona “dələduz” deyənləri məhkəməyə verir - AÇIQLAMA

Diaspor rəhbəri ona “dələduz” deyənləri məhkəməyə verir - AÇIQLAMA

Aktual

26 Yanvar 2017, 15:37

Bir neçə gün öncə bəzi media orqanlarında “Diaspor rəhbəri dələduz çıxdı başlıqlı yazı dərc edilib. Yazıda Almaniyada yaşayan Dünya Azərbaycanlıları Assambleyasının (DAA)  sədri Rəşad Quliyevdən bəhs olunub. İddia olunub ki, o, Almaniyada sığınacaq almaq istəyən azərbaycanlıları kömək vəd edərək aldadıb, onlardan pul alıb, vədinə isə əməl etməyib.

Modern.az xəbər verir ki, Rəşad Quliyev məsələ ilə əlaqədar açıqlama yayıb.

O bildirib ki, bu yazı tamamilə qərəzli şəkildə verilib:

Bir neçə gün öncə bəzi media orqanlarında “Diaspor rəhbəri dələduz çıxdı” başlıqlı yazı dərc edilib. Yazıda Almaniyada yaşayan Dünya Azərbaycanlıları Assambleyasının (DAA)  sədri Rəşad Quliyevdən bəhs olunub. İdda olunub ki, o, Almaniyada sığınacaq almaq istəyən azərbaycanlıları kömək vəd edərək aldadıb, onlardan pul alıb, vədinə isə əməl etməyib.

Modern.az xəbər verir ki, Rəşad Quliyev məsələ ilə əlaqədar açıqlama yayıb.

O bildirib ki, bu yazı tamamilə qərəzli şəkildə verilib:

“Dünya Azərbaycanlıları Assambleyası olaraq bir çox uğurlara imza atmışıq və yeni təşəbbüslərimizlə bu uğurlarımıza davam edirik. Bu uğurları gözü götürməyən, ölkəmizin daxilində və xaricində fəaliyyət göstərən bəzi qruplar haqqımda çirkin kampaniyaya start veriblər. Bu gün mətbuatda haqqımda başladılan qarayaxma kampaniyası şəxsimin fonunda əslində gördüyümüz işlərə zərbə vurmaq, Dünya Azərbaycanlıları Köln Forumqabağı cəmiyyətdə çaşqınlıq yaratmaq, “qara piar” aparmaq, fəaliyyətimizə kölgə salmaq məqsədi güdür. Bu gün bəzi qərəzli mətbuat səhifələrində haqqımda "Diaspor rəhbəri dələduz çıxdı" yazı verməklə nə qədər saxtakar, riyakar və qərəzli olduqlarını ortaya qoymuşlar. Qarşı tərəfin fikrini dinləmədən, “dələduzluq” kimi cinayətdə ittiham etmək, obyektivlik naminə mənim də mövqeyimə yer verməmək ancaq məkrli planın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu "yazı"larda qərəz olduğu verilən başlıqlardan açıq hiss olunur. Özlərini “aldadılmış” adlandıran bu şəxslər guya tanınmış saytlardan birinin redaktorunun qohumlarıdır”.


Rəşad Quliyev deyib ki, bir neçə gün öncə Azərbaycan Respublikasnın Berlindəki səfirliyinin qarşısında ölkəmizə qarşı təşkil edilmiş aksiyaya etirazını bildirib və ona qarşı hücumlar da həmin piketin təşkilatçılarından qaynaqlanıb.

“Biz isə həmin aksiyadan öncə təşkilat olaraq bu aksiyanı pislədiyimizi bəyan edib, Avropada yaşayan azərbaycanlıları həmin tədbirdə iştirak etməməyə çağıran müraciət ünvanlamışıq. Bunun qisasını bizdən almaq istəyənlər 6 ay öncə baş vermiş, əslində təqdim edildiyi kimi deyil, başqa formada olan hadisəni indi qabartmağa, “zərəçəkənin” "qayğı "sına indi qalmağa başlamışlar”.

R. Quliyev qeyd edib ki, yazıda göstərilən məbləğ tam olaraq ona aid deyil.

“Bu məbləğ “zərərçəkmiş” kimi təqdim olunan şəxsin razılığı ilə başqa şəxslərə verilib. Mən sadəcə olaraq vasitəçilik etmişəm. Pulu alan şəxs də pulu aldığını inkar etmir və hələ də razılaşmaya sadiq olduğunu bildirir”.


R.Quliyev deyib ki, bu işdə ittiham edən media qurumlarının rəhbərliyinə zəng etməyinə baxmayaraq nə ona cavab veriblər, nə də danışmağa hazır olduqlarını göstəriblər.

“Bununla aydın olur ki , həmin şəxslər "zərərçəkmiş" lərə dəstək olmaq deyil, qərəz nümayiş etdirir və şəxsimə qarşı kampaniya həyata keçirirlər. Hər kəsə aydındır , hansısa şikayətlə başqa birisini "dələduz" adlandırmaq doğru deyil.

Məhkəmə qərarı olmadan kimisə ittiham etmək qanun pozuntusudur , “rekertçilik”, şantajçılıq və böhtançılıqdır. Medianın vəzifəsi baş vermiş hadisəni obyektiv araşdırıb tərəf tutmadan güzgü rolunu oynamaqdır. Media orqanlarının mənim haqqımda qərəzli şəkildə xəbər verməsi Mətbuat Şurasının tərtib etdiyi jurnalistin peşə kodekslərinə tamamilə ziddir. Şəxsimə qarşı çirkin kampaniya təşkil edənləri məhkəməyə verəcəyimi və böhtançılarla yalnız hüquq dilində danışacağımı bəyan edirəm. Bununla bağlı Dünya Azərbaycanlıları Assembleyası adından Mətbuat Şurasına və Daxili İşlər Nazirliyinə rəsmi olaraq mürciət ünvanlayacağıq. Məqsədinizə nail olmayacaqsınız və əksinə sizin kimi şantajçıların cavabını dövlətimizə və vətənimizə xidmətlə verəcəyik!”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!