Modern.az

Deputatlar niyə həmrəy ola bilmirlər...

Deputatlar niyə həmrəy ola bilmirlər...

Aktual

16 Fevral 2017, 17:45

Əvvəllər deputatlar arasında həmləylik vardı. Bu, adətən hökumət və ya digər icraedici qurumun parlamentdəki hesabatları zamanı müşahidə olunrudu. Hansısa deputat çıxış edəndə və yaxud da müəyyən fikirlər səsləndirəndə həmkarları onu dəstəkləyirdilər. Son vaxtlar isə əksi müşahidə olunur...

Deputatlar arasında həmrəyliyin olmamasının səbəbi nədir?

Tahir Kərimli Modern.az-a deyib ki, cəmiyyətdə fərdiçilik çoxaldığına görə, kollektivçilik də azalır.


“Bu, parlamentdə də özünü göstərir. Kollektiv düşüncə getdikcə özünü fərdiçiliyə verir. Bu da onunla əlaqədardır ki, kollektivçiliyə meyl edənlərin hamısı sosialist dövründən qalma insanlar idi. Belə tip insanlarda kollektiv şüur daha çox qalmışdı. Kapitalizm dövründə isə daha çox fərdiçiliyə üstünlük verilir. Belə olan halda insanlar fərdi fikirlərini söyləyirlər. Yəni fərdi fəaliyyətə daha çox üstünlük verirlər. Amma tək-tək də olsa, deputatlar arasında həmrəylik var. Mən Vahid Əhmədovla, Əli Mənsimlinin həmrəyliyini görürəm. Bəzi deputatlarla həmrəyliyə gəlirik. Amma fraksiyanın olmaması birgə fikri ifadə etmək çətinliyi yaradır”.


Fəzail Ağamalı
deputat həmrəyliyinin ayrı-ayrı qanunların müzakirəsi zamanı ola biləcəyini bildirib.


“Bu həmrəyliyin olmaması daha çox diqqəti cəlb edən qanun layihələrinin müzakirəsində özünü göstərir. Amma deputatlar arasında həmrəyliyin olmaması rəyinə gəlmək doğru deyil. Müəyyən qanun layihələri zamanı deputatların fikirləri üst-üstə düşür və hər zaman həmrəy olduqlarını hamıya göstərirlər. Deputatlar arasında müxtəlif fikirlərin olması çox normal haldır. Mənə elə gəlir ki, bu daha canlı müzakirənin göstəricisidir. Bu təqdir olunmalıdır. Deputatlar arasında həmrəylik məsələsinə gəlincə isə mən hesab edirəm ki, deputatlar arasında çox yaxşı həmrəylik və dostluq münasibəti var”.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü