Modern.az

“Mətbuatımız ən demokratik institutlarından birinə çevrilib”

“Mətbuatımız ən demokratik institutlarından birinə çevrilib”

Aktual

17 Fevral 2017, 12:11

“Azərbaycan milli mətbuat “Əkinçi”dən başlayır. Lakin müstəqillik qazandıqdan sonra mətbuatımız ən demokratik institutlarından birinə çevrilib”.

Modern.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentdə KİV nümayəndələri ilə görüş zamanı deyib.

Əflatun Amaşov bildirib ki, Azərbaycan mətbuatı dünyanın çox ölkəsində olmayan, dövlətə söykənən mətbuatdır.

“Bu gün ölkəmizdə 40-a yaxın gündəlik, 250-ə yaxın həftəlik qəzet, bir o qədər də xəbər portalları fəaliyyət göstərir. Azərbaycan mətbuatı milli, vətənpərvər mətbuatdır”.

Milli Məclislə Mətbuat Şurası arasında memorandumun imzalandığını deyən Ə. Amaşov qeyd edib ki, əsas məqsəd parlamentin fəaliyyətini olduğu kimi işıqlandırmaqdır.

“Bəzi hallarda Milli Məclisin fəaliyyəti ilə bağlı qərəz də olur. Nə qədər obyektiv, peşə davranış qaydalarna əməl etsək, bundan media qələbə qazanar. Bugünkü iclada bu məsələləri aradan qaldırıb, müvafiq qərara gəlmək üçün nəzərdə tutulub”.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?