Kapital Bank rəhbərliyində yeni təyinatlar olub. Modern.az xəbər verir ki, Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş Əməliyyat İnzibatçısı Fərid Hüseynov İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
Həmçinin Nahid Zeynalov Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı təyin edilib.
Qeyd edək ki, Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Məmmədov PAŞA Holding-in Biznes Qrupu üzrə Direktoru və Holdinqin İcraçı Direktorunun müavini vəzifəsində fəaliyyətini davam etdirir.
Modern.az