Modern.az

İran Rusiyaya sutkada 100 min barel neft satacaq

İran Rusiyaya sutkada 100 min barel neft satacaq

Dünya

22 Fevral 2017, 00:57

İran növbəti 15 gün ərzində Rusiyaya sutkada 100 min barel neft satacaq. Modern.az saytı "Report"a istinadən  xəbər verir ki, bu barədə İslam Respublikasının neft naziri Bijan Zanqane açıqlama verib.

O bunu Rusiyanın energetika naziri Aleksandr Novakla görüşündən sonra bildirib.

Nazirin sözlərinə görə, Rusiya ixracın yarısını pul vəsaiti, yarısını isə mal və xidmətlərlə ödəyəcək.

Zanqane, həmçinin qeyd edib ki, bir sıra Rusiya şirkətləri artıq İran firmaları ilə anlaşma memorandumu imzalayıblar.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir