Modern.az

Sabah Bakıda güclü külək əsəcək – HAVA PROQNOZU

Sabah Bakıda güclü külək əsəcək – HAVA PROQNOZU

Aktual

24 Fevral 2017, 12:34

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq.

 

Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6° isti, gündüz 10-15° isti, Bakıda gecə 4-6° isti, gündüz 13-15° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.

 

Xəbərdarlıq
Fevralın 26-sı gündüzdən 27-si səhərədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

 

Tibbi-meteoroloji xəbərdarlıq
Fevralın 26-dan 27-dək Abşeron yarımadasında meteoroloji amillərin qısa müddətdə təzadlı tərəddüdü və gündüz güclü xəzri küləyi meteohəssas insanlar üçün çox əlverişsizdir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

 

Xəbərdarlıq
Küləkli hava şəraiti fevralın 27-si səhərədək davam edəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?