Modern.az

Saatlıda ağır qəza: sürücü öldü

Saatlıda ağır qəza: sürücü öldü

Aktual

24 Fevral 2017, 21:01

Saatlıda ağır yol qəzası baş verib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə Saatlı rayon mərkəzində qeydə alınıb. Bakı sakini, 1963-cü il təvəllüdlü Əliyev İlham Yusif oğlu idarə etdiyi “KamAZ” markalı 10 LB 963 dövlət nömrə nişanlı yük maşınını yol kənarındakı dirəyə çırpıb. Hadisə nəticəsində sürücü ölüb. Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü