Modern.az

“Dünya yeni müharibənin astanasındadır” – Roma papası

“Dünya yeni müharibənin astanasındadır” – Roma papası

24 Fevral 2017, 23:51

“Şirin suyun çatışmazlığı səbəbindən növbəti dünya müharibəsi başlaya bilər. Dünya yeni müharibənin astanasındadır”. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Roma papası Fransisk su resurslarından istifadənin hüquqi aspektlərinə həsr edilmiş konfransda bildirib.

Roma papasının sözlərinə görə, şirin su insanın yaşaması və gələcək nəslin mövcud olması üçün çox önəmlidir.

Qeyd edək ki, BMT-ın məlumatına görə, hal-hazırda su resurslarının çatışmazlığına görə dünyada 40 faizdən çox insan əziyyət çəkir. Planetin 783 milyondan çox sakini təmiz sudan istifadə edə bilmir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!