Modern.az

Naxçıvan-Məşhəd qatarının hərəkət cədvəlində dəyişiklik olacaq

Naxçıvan-Məşhəd qatarının hərəkət cədvəlində dəyişiklik olacaq

Aktual

10 Mart 2017, 09:49

15/16 saylı Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək.

Bu haqda Modern.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

S.Qədirova qeyd edib ki, dəyişiklik, Novruz Bayramı ərəfəsində sərnişin daşımanın təşkil edilməsi və İran İslam Respublikası ərazisində martın 21-dən etibarən yay vaxtına keçidlə əlaqədardır.

O bildirib ki, martın 16-dan etibarən aprelin 6-dək qatar həftədə iki dəfə - həftənin cümə axşamı və bazar günləri Naxçıvandan yola düşəcək, həftənin cümə və bazar ertəsi günləri Məşhəd stansiyasına çatacaq. Həftənin şənbə və çərşənbə axşamı günləri isə Məşhəddən geriyə yola düşəcək, həftənin bazar və çərşənbə günləri Naxçıvana çatacaq.

Qeyd edək ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 29 dekabr 2016-cı il tarixindən etibarən hərəkətə başlayıb. Sürət qatarı Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edir.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!