Modern.az

BMT TŞ Londondakı terror aktı qurbanlarını yad etdi

BMT TŞ Londondakı terror aktı qurbanlarını yad etdi

Dünya

23 Mart 2017, 21:43

BMT Təhlükəsizlik Şurası Londondakı terror aktının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniya xarici işlər naziri Boris Conson çıxış edib.

"Mən BMT Təhlükəsizlik Şurasının üzvlərini dünənki hücum və bütün dünyada terror qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıram",- deyə Boris Conson təklif edib.

Qeyd edək ki, ötən gün Böyük Britaniyanın parlament binası yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər isə yaralanıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır