Modern.az

Samvel Babayan 2 aylıq həbs olundu

Samvel Babayan 2 aylıq həbs olundu

25 Mart 2017, 09:59

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin sabiq "müdafiə naziri" Samvel Babayan həbs olunub.

 

Modern.az Rusiya KİV-nə isitnadən məlumat verir ki, sabiq "müdafiə naziri"nin "İqla" zenit-raket komplekslərinin qaçaqmalçılığı ilə bağlı cinayət işi ilə əlaqədar Yerevan məhkəməsinin qərarı əsasında iki ay müddətinə həbs olunduğu bildirilir.

 

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti bir müddət əvvəl Gürcüstandan "İqla" zenit-raket komplekslərinin qaçaqmalçılıq yolu ilə Ermənistana keçirilmə cəhdi ilə bağlı məlumat yaymışdı.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir