Bu gün Azərbaycan Taekvondo Federasiyasının inzibati binasında federasiyanın texniki direktoru Oh Kvang Chol tərəfindən Dan intahanı keçirilib. Modern.az xəbər verir ki, 60-dan çox taekvondoçunun qatıldığı imtahanda Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının üzvləri on nəfərlik heyətlə iştirak edib.
Baş məşqçi Elməddin Vəliyev və köməkçi məşqçi Amid Vəliyevin yetirmələri - Turhan İbrahimli, Ərhan İbrahimli, Aydan Əliyeva, Nihad Əlizadə, Turhan Cəfərov, Emil Novruzzadə, Adil Məmmədov, Səid İbrahimov, Nəsimi Bayramov, Nurlan Cəfərov imtahanı uğurla keçərək Qara kəmər 1-ci Danın (pum) sahibi kimi beynəlxalq sertifikata layiq görülüblər.
Modern.az