Modern.az

Rusiyadan gətirilən 4000 siqaret müsadirə olunub

Rusiyadan gətirilən 4000 siqaret müsadirə olunub

Aktual

24 Aprel 2017, 13:56

Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21043" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin ayaqaltısından, günlük hissəsindən və hava filtri boşluğundan gömrük nəzarətindən gizlədilən ümumilikdə 4000 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!