Modern.az

Rusiyadan qanunsuz yollarla ölkəyə gətirilən 7000 siqaret müsadirə olunub

Rusiyadan qanunsuz yollarla ölkəyə gətirilən 7000 siqaret müsadirə olunub

Aktual

25 Aprel 2017, 11:10

Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21063" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin ayaqaltı hissəsindən 5700, günlük hissəsindən 400, arxa səsgücləndiricilərindən 500, hava filtri boşluğundan 400 ədəd olmaqla, ümumilikdə 7000 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi