Modern.az

Bu gün “Avronest”in həmsədrləri, komitə rəhbərləri məlum olacaq

Bu gün “Avronest”in həmsədrləri, komitə rəhbərləri məlum olacaq

Parlament

3 May 2011, 11:06

Azərbaycan tərəfindən təsis protokoluna Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov imza atacaq

Bu gün Brüsseldə “Avronest” Parlament Assambleyasının yaradılması ilə bağlı müzakirələrə yekun vurulacaq. Yeni assambleyanın yaradılması ilə bağlı dünən keçirilən iclasda hansı məsələlərin müzakirə olunduğu maraq doğurur. Əməkdaşımızın sualına Azərbaycan parlamentinin Brüsselə gedən nümayəndə heyətinin üzvü, millət vəkili Fuad Muradov cavab olaraq bildirib ki, ötən gün qurumun daxili qaydaları, normativ hüquqi aktlar, Əsasnamə təsdiqlənib: “Demək olar ki, gündəlikdəki məsələlərin 99 faizini müzakirə edib təsdiqləmişik. Bu gün isə həmsədrlər seçiləcək, həmçinin qurumun tərkibində fəaliyyət göstərəcək dörd komitənin rəhbəri məlum olacaq. Sonda isə təsis protokolu imzalanacaq”.

Məlumat üçün onu da bildirək ki, “Avronest” də 110 deputat fəaliyyət göstərəcək. 110  deputatdan ibarət olacaq qurumda 60 deputat Avropa Parlamentini təmsil edəcək. Bundan başqa Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna tərəfindən hər ölkəni 10 nəfər bu paralment assambleyasında təmsil edəcək.

Azərbaycan nümayəndə heyətinin tərkibinə MM sədrinin birinci müavini Ziyafət Əsgərov, (qrupun rəhbəri) parlamentin Hüquq siyasəti və dövlət  quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Gülçöhrə Məmmədova, Elxan Süleymanov, Fuad Muradov və Asim Mollazadə  daxildir.

Ölkəmizin yeni parlament assambleyasındakı nümayəndə heyətinin rəhbəri isə deputat Elxan Süleymanovdur.

Bu gün təsis protokolunu Azərbaycan tərəfdən Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov imzalayacaq.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü