Modern.az

ABŞ konsulluğu qarşısında partlayış təhlükəsi

ABŞ konsulluğu qarşısında partlayış təhlükəsi

Dünya

15 İyun 2017, 21:16

ABŞ-ın İstanbuldakı konsulluğu yaxınlığında təhlükəli anlar yaşanıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, naməlum şəxs konsulluğun qarşısında özünü partladacağı ilə hədələyib. Əraziyə polis cəlb edilib və həmin şəxs saxlanılıb.

İlkin məlumata görə, həmin şəxs Yaxın Şərq ölkələrindən birinin vətəndaşı olub. Hazırda hadisənin təfərrüatı araşdırılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi