Modern.az

Aralıq dənizində 126 miqrant itkin düşdü

Aralıq dənizində 126 miqrant itkin düşdü

Dünya

20 İyun 2017, 00:29

Aralıq dənizində miqrantları daşıyan gəminin qəzaya uğrayıb. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 120-dən artıq miqrant itkin düşüb.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, qurumun əməkdaşları tərəfindən Palermoda toplanan məlumatlara əsasən, Aralıq dənizində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində 126 miqrant olmüş ola bilər.

İtaliya sahil mühafizəsinin məlumatına əsasən, son 4 gün ərzində Aralıq dənizində 4,5 mindən artıq miqranta yardım göstərilib.

Qeyd edək ki, bu ilin əvvəlindən Aralıq dənizi vasitəsi ilə Avropaya 77 mindən artıq miqrant gəlib və qaçqın gəlib. Aralıq dənizi keçməyə cəhd göstərərkən 1828 miqrant həlak olub.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək