Modern.az

ABŞ əsas müttəfiqinə münasibətdə sərtləşəcək

ABŞ əsas müttəfiqinə münasibətdə sərtləşəcək

Aktual

20 İyun 2017, 11:20

Tramp administrasiyası Pakistana qarşı münasibətini sərtləşdirəcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqtonun NATO-dan kənar əsas hərbi müttəfiqi kimi baxdığı Pakistanın radikal qruplaşmalara qarşı passiv mübarizə apardığı fikrindədir. Belə ki, qonşu Əfqanıstana hücumlar təşkil edən qruplaşmaların, o cümlədən “Taliban” hərəkatının əsas bazalarının Pakistanın şimalındakı dağlıq ərazidə yerləşdiyi məlumdur.

 

Tramp administrasiyası regionda hava zərbələrinin sayını artırmağı, İslamabada hər il ayrılan maliyyə yardımının miqdarını azaltmağa və ölkənin ABŞ əsas müttəfiqi statsunun endirilməsini müzakirə edir.

 

Bu ölkə ilə münasibətlər iyul ortalarında təqdim olunacaq yeni regional ABŞ siyasəti ilə bağlı gündəmə gəlib.

 

Hazırda məsələ ilə bağlı fikir mübadiləsinin aparıldığı məlumdur.

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!