Modern.az

Ordumuz erməni kəşfiyyatçını ələ keçirdi

Ordumuz erməni kəşfiyyatçını ələ keçirdi

Qarabağ

21 İyun 2017, 09:03

İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin  kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində  müdafiə xəttini keçməyə cəhd göstərib.

 

Bu haqda Modern.az-a Müdafiə Nazirliyindən bildirilib.

 

Məlumata görə, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib.

Təxribat qrupunun bir üzvü ələ keçirilib.

 

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!