Modern.az

Müəllimlərin işə qəbulu üzrə qeydiyyat başlayır

Müəllimlərin işə qəbulu üzrə qeydiyyat başlayır

Aktual

30 İyun 2017, 15:57

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır.

 

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, iyulun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılır. Bu proses iyulun 14-dək davam edəcək.

 

Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçə bilərlər.

 

İşə qəbul üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilərlər.

 

Müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər.

 

Namidə BİNGÖL

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!