Əfqanıstanda partlayış törədilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində yük maşını minanın üzərində partlayıb. Hadisə nəticəsində 7 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Yerli hökumət nümayəndələri hadisənin arxasında İŞİD terror qruplaşmasının dayandığını iddia edirlər.
Modern.az