Modern.az

Bakı Mühəndislik Universitetinin yeni nizamnaməsi təsdiqlənib

Bakı Mühəndislik Universitetinin yeni nizamnaməsi təsdiqlənib

Aktual

8 İyul 2017, 16:19

Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, artıq Azərbaycanın dörd dövlət ali təhsil müəssisəsi - Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxsə çevrilib. Publik hüquqi şəxsə çevrilən universitetlər əvvəllər olduğu kimi, indi də dövlət ali təhsil müəssisələridir.

 

Modern.az xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

 

Nazir müavini bildirib ki, bu, universitetlərin daha təkmil idarəedilməsi, daha geniş imkanların yaradılması baxımından çox müsbət bir addımdır. Bakı Mühəndislik Universitetinin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib. Digər üç universitetin də yeni nizamnamələri hazırlanaraq ölkə başçısının sərəncamına təqdim olunacaq.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü