Modern.az

Nazirlik: “Ana və uşaq doğuş zamanı ölməyib”

Nazirlik: “Ana və uşaq doğuş zamanı ölməyib”

Aktual

9 Avqust 2017, 12:13

3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində ana və uşaq ölümü qeydə alınıb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a fakt təsdiqlənib:

 

“Ana və uşaq ölümü baş verib. Amma bu, doğuş zamanı olmayıb. Dünyasını dəyişən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülova və körpəsidir”. 

 

Bildirilib ki, hazırda Səhiyyə Nazirliyi Doğuşayardım Komisssiyası tərəfindən araşdırma aparılır:

“Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.

 

Qeyri-rəsmi məlumatlara görə, ana və uşaq ailədaxili məsələlər üzündən ölüb...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi