Bir müddət öncə idman yarışları ilə yanaşı, toy mərasimlərinin də keçiriləcəyi məkan olaraq gündəmə gələn Bakı Olimpiya Stadionunda intensiv işlər aparılır.
Bu haqda Modern.az-a Bakı Olimpiya Stadionunun PR, Media və Tədbirlər departamentinin rəhbəri Cəmilə Mehdiyeva bildirib.
O qeyd edib ki, stadionda toy keçirilməsi üçün müraciətlər olsa belə, artıq qəbul edilmir:
“Biz hazırda millimizin yarışlarına hazırlaşırıq. “Qarabağ” klubunun oyunları da burda keçiriləcək. Avropa liqası və Çempionlar liqasının finalının burda keçirilib-keçirilməyəcəyilə bağlı konkret cavab gözləyirik. Böyük planlarımız var, işlərimiz çoxdur”.