Modern.az

Məktəbli qızları daşıyan avtobus qəzaya uğradı: 12 ölü

Məktəbli qızları daşıyan avtobus qəzaya uğradı: 12 ölü

Dünya

1 Sentyabr 2017, 09:32

İranda məktəbli qızları daşıyan avtobus qəzaya uğrayıb. Modern.az İran mediasına istinadən xəbər verir ki, hadisə İranın cənubundakı Fars əyalətində qeydə alınıb. Avtobusun aşması nəticəsində 12 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.

Qeyd olunur ki, avtobus məktəbliləri Hörmüzgan əyalətindən gətirirmiş.

Qəzanın baş vermə səbəbləri hələ məlum deyil. Hadisə ilə bağlı araşdırma başlayıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü