Modern.az

Abşeron Gənclər Şəhərciyində “JEK”in özbaşınılığı – icra hakimiyyəti “bizlik deyil” deyir

Abşeron Gənclər Şəhərciyində “JEK”in özbaşınılığı – icra hakimiyyəti “bizlik deyil” deyir

Aktual

19 Sentyabr 2017, 17:23

Jurnalist Səbuhi Məmmədli “AKKORD” Şirkətlər Qrupunun inşa etdiyi binalardakı şəraitdən şikayətçi olub.

 

Modern.az xəbər verir ki, S. Məmmədli özünün facebook hesabında bu barədə məlumat paylaşaraq bildirib ki, şirkətin tikintisini həyata keçirdiyi Abşeron Gənclər Şəhərciyindəki 27-ci blokda lift işləmir:

 

“Bir gün kimsə burada ürək tutmasından öləcək. İnsanlar hər gün bir neçə dəfə əlində ağır yük 11-ci mərtəbəyə qədər qalxır. Blokun içində zibildən tərpənmək olmur. Abşeron rayon İcra Hakimiyyətinin şöbə müdiri Azər Məmmədov şəxsən deyir ki, bu şəhərciyə görə cavabdeh deyilik.

 

Xəstə, qoca, qucaqlarda uşaqlar, əllərdə ağır torbalar, bir gün kiminsə ürəyi dayanacaq hündür mərtəbəyə çıxarkən.

 

“AKKORD” qulaqardına vurub, yerli JEK-in vecinə deyil. Azərbaycanda bir yaşayış bloku aksiyaya başlayacaq 2 günə lift düzəlməsə. Bunu yerli icra orqanı da bilsin, yerli polis də”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!