Modern.az

Ermənistanın sabiq MTN naziri: “Robert Köçəryanın işi Haaqa Məhkəməsindədir”

Ermənistanın sabiq MTN naziri: “Robert Köçəryanın işi Haaqa Məhkəməsindədir”

Təhsil

2 İyun 2011, 18:58

David Şahnazryan: “Eks-prezident insanlığa qarşı cinayətlərdə itiham olunur”

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın lideri olduğu Erməni Ümummilli Hərəkatının İdarə Heyətinin üzvü, keçmiş milli təhlükəsizlik naziri  David Şahnazaryan maraqlı açıqlama ilə çıxış edib. Modern.az erməni informasiya resurslarna istinadən bildirir ki, xüsüsu xidmətin sabiq başçısı Şahnazaryanın sözlərinə görə, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın işi Haaqa Beynəlxalq Məhkəməsindədir.

“O insanlığa qarşı cinayətlərdə ittiham olunur. Köçəryan barədə Haaqa Məhkəməsində bir neçə min erməni iddia qaldırıb. Köçəryanın hazırki belə əsəbi reaksiyaları bununla bağlıdır. Çünki Haaqa Məhkəməsi Liviya liderinə qarşı order imzalayıb. Bundan qorxan Köçəryan tezliklə özünə təhlükəsizliklə bağlı qanuni status verilməsinə çalışır. O başa düşür ki, erməni xalqına və bəşəriyyətə qarşı hansı cinayətləri törədib”-deyə Şahnazryan bildirib.

David Şahnazaryan 1995-ci ildə Ermənistan prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsi olub.

Qeyd edək ki, Robert Köçəryan 1 mart 2008-ci il gülləbaranın yenidən təhqiq edilməsi ilə bağlı Ermənistan prezidenti Serj Sərkisyanın qərarını kəskin tənqid edib. Erməni müxalifətinin ciddi təzyiqlərinən sonra hakimiyyət bu hadisələri yenidən araşdırmaq qərarına gəlib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü