Modern.az

Meksika zəlzələsində ölənlərin sayı 319-a çatdı

Meksika zəlzələsində ölənlərin sayı 319-a çatdı

Dünya

24 Sentyabr 2017, 22:59

Meksikada zəlzələ qurbanlarının sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, yeraltı təkanlar 319 nəfərin həyatına son qoyub.

Məlumata görə, dünyasını dəyişənlərin 181 nəfəri Mexikoda, 73 nəfəri Morelos ştatında, 45 nəfəri Puebledə, 13 nəfəri Mexiko ştatında, 6 nəfəri Qerreroda, 1 nəfəri isə Oaxakedə ölüb.

Qeyd edək ki, yeraltı təkanlar Meksikada həftə ərzində davam edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!