Modern.az

Donald Tramp dövlət katibinə qeyri-adi təklif edib

Donald Tramp dövlət katibinə qeyri-adi təklif edib

Aktual

10 Oktyabr 2017, 18:44

ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonun onun haqqında xoşagəlməz söz işlədəcəyi təqdirdə, ikisi arasında intellektin əmsalını müəyyənləşdirəcək testin (IQ test) keçirilməsini təklif edib. D.Tramp bu barədə "Forbes" jurnalına müsahibəsində bildirib.

 

"Məncə, bunlar qurama xəbərlərdir. Amma o, həqiqətən, belə deyibsə, IQ testlə özümüzü müqayisə etməliyik. Kimin qazanacağını isə indidən deyə bilərəm", - D.Tramp vurğulayıb.

 

Xatırladaq ki, ötən həftə "NBC News" telekanalı Tillersonun Tramp haqqında xoşagəlməz ifadə işlətdiyini və yayda postunu tərk etmək niyyətində olduğunu, amma vitse-prezident Mayk Pens onu bu fikrindən daşındırdığını xəbər verib. Tillerson, öz növbəsində, bu məlumatları təkzib edib.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək