Bakı-Quba yolunun 32-ci kilometrliyində “Shacman“ markalı yük avtomobili yolda idarəetməni itirərək dəmir çəpərə çırpılaraq aşıb.
Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumata görə, yük avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Qasımov Firudin Əziz oğlunun cəsədi FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.