Modern.az

Məşhur futbolçu Corc Vea ölkə prezidenti seçildi  

Məşhur futbolçu Corc Vea ölkə prezidenti seçildi  

Dünya

12 Oktyabr 2017, 12:56

Vaxtilə İtaliyanın “Milan” klubunun əfsanəvi hücumçusu olmuş Corc Vea ölkəsinin - Liberiyanın prezidenti seçilib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, C.Vea 1995-ci ildə “Qızıl top” mükafatını qazanan ilk afrikalı futbolçu olmuşdu.

O, təkcə “Milan”ın deyil, dünya futbolunun əfsanəsi hesab olunurdu.

Corc Vea “Milan” heyətində 1995-1996 və 1997-1998-ci il mövsümlərində iki dəfə İtaliya çempionu olub.

Vea ölkəsində Demokratik Dəyişiklik Konqresinin baş nazir namizədi idi.

O, 2014-cü ildən bəri Liberiyada Montserrado bölgəsinin senatoru olaraq Senatda yer alırdı.

Liberiyanın yeni prezidentinin 51 yaşı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!