İraq ordusu Kərkük vilayətində kürdlərin ən böyük hərbi bazası sayılan “K-1”i ələ keçirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İraq ordusu Baba-Qurqur və Bəy Həsən neft yataqlarını, Kərkük ətrafındakı su sistemlərini də nəzarətə götürüb.
Ötən müddətdə Kərkükün Bayci məhəlləsi, Türkülan kəndi və daha 2 nəzarət-buraxılış məntəqəsi nəzarətə alınıb.