Modern.az

Paytaxt yollarında sürət həddi azaldıldı

Paytaxt yollarında sürət həddi azaldıldı

Aktual

16 Oktyabr 2017, 23:57

Paytaxtın bəzi yollarında sürət həddi azaldılıb. Modern.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

Məlumata görə, faktiki hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə paytaxtın əsas magistral yolları Heydər Əliyev prospekti - Hava Limanı və Zığ dairəsi-Hava Limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyi sürücülərə yollarda müəyyən edilən sürət həddini nəzərə almağı tövsiyə edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!