Modern.az

Birləşmiş Ərəb Əmirliklərində 9 xanım nazir var

Birləşmiş Ərəb Əmirliklərində 9 xanım nazir var

25 Oktyabr 2017, 12:09

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti və baş naziri, Dubayın hakimi Əla-Həzrət Şeyx Mohammad Bin Raşid Al Maktum  yeni Kabinetin tərkibini açıqlayıb.

 

Modern.az-ın məlumatına görə, kabinet  BƏƏ-ni  dünyanın  süni intellekt və digər qabaqcıl texnologiyalar üzrə ən yaxşı hazırlanmış  ölkə etmək tapşırığı alıb.

 

Şeyx Mohammad  deyib ki, yeni hökumət  BƏƏ-ni  məqsədi  biliyi, elmi və tədqiqatı təşviq etmək, həmçinin  millətin idarə edilməsinə gəncləri cəlb etmək olan çiçəkli yüzilliyə sürətlə aparacaq

 

Yeni hökumət  BƏƏ-nin tarixində 13-cüdür və yeni təyinatlara şahidlik edir:   

 

27 yaşlı cənab Omar Bin Sultan Al Olama süni intellekt üzrə dövlət naziri,  30 yaşlı xanım Sara Al Amiri qabaqcıl elmlər üzrə dövlət naziri, xanım Mariam Al Muhairi gələcək qida təhlükəsizliyi üzrə dövlət naziri.

 

Yeni kabinet  31 nazirdən ibarətdir. Kabinetin tərkibinə 9 xanım nazir daxildir ki,  bu da hökumətdə  qadın təmsilçiliyinin 29 faiz artımı deməkdir.

 

Qeyd edək ki, mart ayında  BƏƏ-ni dünyanın ən yaxşı ölkəsi  etmək məsqədilə  BƏƏ Yüzillik Planı 2017 işlənib hazırlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!