Modern.az

Amerika səfirindən Bakı-Tbilisi-Qar dəmir yolu haqda AÇIQLAMA

Amerika səfirindən Bakı-Tbilisi-Qar dəmir yolu haqda AÇIQLAMA

Aktual

30 Oktyabr 2017, 10:47

"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin açılışı Avrasiya boyunca ticarət əlaqələrinin qurulması baxmından  önəmlidir".

 

Modern.az xəbər verir ki, bu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında deyib.

 

Səfir bildirib ki, dəmir yolu xəttinin İpək Yolu üçün böyük önəmə sahibdir. “Uzun müddətdir ki, İpək Yolunun əhəmiyyəti barədə danışırdıq və fikrimcə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bugünkü açılışı bu istiqamətdə atılan növbəti bir addımdır”.

 

Qeyd edək ki, bu gün Azərbaycan paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək