Masallı rayonunda yeniyetmə qız intihar edib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kəlbəhüseynli kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 2002-ci il təvəllüdlü G.Q. özünü həyətdəki ağacdan asaraq intihar edib.
İntiharın dəqiq səbəbi hələlik məlum deyil.
Faktla bağlı istintaq aparılır.