Modern.az

Qol.az-ın 9 yaşı oldu

Qol.az-ın 9 yaşı oldu

Aktual

17 Noyabr 2017, 12:14

Bu gün Qol.az saytının fəaliyyətə başlamasından 9 il ötür.

 

2008-ci ilin bu günü - noyabrın 17-də Qol.az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.

 

Dünyanın ən etibarlı sayğac sistemi olan “Google analytics”in göstəricilərinə əsasən, son illər ərzində Qol.az Azərbaycanın ən çox oxunan idman portalıdır. Gün ərzində on minlərlə oxucu idman, xüsusilə futbol xəbərləri əldə etmək üçün məhz Qol.az-ı seçir.

 

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının üzvü olan az Qol.az saytı "5 Media" şirkətinin media layihələrindən biridir.

 

Modern.az kollektivi Qol.az-dakı həmkarlarını təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi