Modern.az

Avropa Birliyindən  Bakı və Yerevana ÇAĞIRIŞ

Avropa Birliyindən  Bakı və Yerevana ÇAĞIRIŞ

23 Noyabr 2017, 19:01

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərin nizama salınmasına ümid edir”.

 

Modern.az-ın Brüsselə xüsusi ezam olunmuş müxbirinin məlumatına görə, bu barədə Avropa Komissiyasının yüksək vəzifəli diplomatı açıqlama verib.

“Qarabağ münaqişəsi başlayan zaman Avropa Birliyinin regionda konkret siyasi strategiyası yox idi. Konkret siyasəti xəttin olmaması üzündən Avropa Birliyi münaqişənin həlli ilə bağlı tərəflərə yardım göstərə bilmir. İstərdik ki, hər iki ölkə Avropadakı münaqişə təcrübələrindən, misal üçün Almaniya-Fransa qarşıdurmasından nəticə çıxararaq konstruktiv dialoq və barışa üstünlük versin. Avropa Birliyi Cənubi Qafqazı sülh şəraitində inkişaf edən region kimi görür”- deyə o əlavə edib.

 

Xatırladaq ki, Avropa İttifaqının dəstəyi ilə keçirilən “Şərq Tərəfdaşlığı” sammitinə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus qatılacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Erməni deputat TÜRK agenti çıxdı