Modern.az

Bakıda köməksiz qalan 2 azyaşlı xilas edildi

Bakıda köməksiz qalan 2 azyaşlı xilas edildi

25 Noyabr 2017, 09:32

Bakıda köməksiz vəziyyətdə qalan 2 azyaşlı xilas edilib.

 

Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Sabunçu rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi səbəbi ilə mənzildə köməksiz vəziyyətdə qalıb.

 

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin ediblər. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi