Modern.az

Azərbaycan Cumhuriyyəti uğrunda canını fəda etmiş ŞAHZADƏ  

Azərbaycan Cumhuriyyəti uğrunda canını fəda etmiş ŞAHZADƏ  

Ədəbi̇yyat

14 Dekabr 2017, 14:58

Azərbaycan Cümhuriyyətinin 100 illiyinin yaxınlaşması ilə əlaqədar olaraq, “Azərbaycanca Vikipediya”da cümhuriyyətin bəzi tanınmış şəxsiyyətlərinin məqalələri yaradılır və ya yarımçıq qalmış məqalələr redaktə edilir.

Modern.az xəbər verir ki, belə şəxsiyyətlərdən biri Azərbaycan Cümhuriyyəti  ordusunun hərbçisi, general-mayor Feyzulla Mirzə Qovanlı-Qacardır. Onun haqqında “Azərbaycanca Vikipediya"da bir müddət əvvəl yaradılan məqalə AMEA Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən əsaslı redaktə ilə genişləndirilib.

Qeyd edək ki, Azərbaycanın qəhrəman oğlu Qacar sülaləsinin varisi, şahzadə Mirzə Feyzulla Qacar 1872-ci ilin dekabrın 15-də Şuşa şəhərində anadan olub.

Ümumi təhsilini Tiflis müdavim korpusunda alıb. Hərbi xidmətə 1891-ci ilin avqustun 30 Nikolayevsk süvari peşə məktəbinə təhkim olaraq başlayıb. Peşə məktəbini bitirdikdən sonra 1893-cü ilin avqusutun 7-i kornet rütbəsində 43-cü Tver draqun alayına göndərilib.
1899-cu ilin martın 15 leytenant rütbəsi alıb. 1901-ci ilin 20 noyabrında alayın silahdar və sıraxarici komanda rəisi vəzifəsinə təyin olunub. 1903-cü ilin martın 15 qərargah rotmistri rütbəsini alıb. Müxtəlif illərdə başqa yerlərdə xidmətini davam etdirən Mirzə Feyzulla Qacar 1918-ci ilin yaz və yayında Azərbaycan korpusunda xidmət edib. Azərbaycan korpusu buraxıldıqdan sonra onun hissələri yeni gəlmiş Türkiyənin 5-ci Qafqaz və 15-ci Çanaqqala diviziyaları ilə Nuru Paşanın rəhbərlik etdiyi yeni yaradılmış Qafqaz İslam Ordusunun tərkibinə qatılıb.

General-mayor Mirzə Feyzulla Qacar kavaleriya inspektoru vəzifəsinə təyinat alıb. 1918-ci ilin dekabrın 23-ü Azərbaycan Demokratik Respublikasının (ADR) süvari diviziyasının komandiri təyin edilib. 1919-cu ilin yanvarın 9-u ADR-in hərbiyyə naziri, artilleriya generalı Səməd bəy Mehmandarovun əmri ilə Gəncə qarnizonunun komandiri təyin edilib.

Məlumatlara görə, Azərbaycanın sovet işğalına uğramasından sonra və Gəncədə baş vermiş antisovet üsyanın yatırılmasından sonra Mirzə Feyzulla Qacar bolşeviklər tərəfindən güllələnib.

Məqalə ilə daha ətraflı //az.wikipedia.org/wiki/Feyzulla_mirz%C9%99_Qovanl%C4%B1-Qacar linkində tanış olmaq mümkündür.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü